Mirzoyan: Ermənistanın Azərbaycanla davamlı sülh sazişi bağlamaq imkanı var

Mirzoyan: Ermənistanın Azərbaycanla davamlı sülh sazişi bağlamaq imkanı var

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla davamlı sülh sazişi bağlamaq imkanının olduğunu bildirib.

APA bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Mirzoyan vurğulayıb ki, Ermənistan və Azərbaycan xalqlarına sülh lazımdır. O güman edib ki, ölkələr müvafiq razılığa gələcəklər.

“Dünyanın digər xalqları kimi xalqlarımız da sülhə layiqdir və heç birimiz əbədi düşmənçiliyə məhkum deyilik. İndi bizim həqiqətən də sülhə nail olmaq imkanımız var”, - Ermənistan XİN rəhbəri bildirib.

Nazir əlavə edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüşün vaxtı hələ seçilməyib. Bununla belə, tərəflər davamlı olaraq əlaqə saxlayırlar.