Biləsuvarda su xəttinin çəkilişi başladığı gün yarımçıq dayandırılıb, sakinlər susuz qalıb

Biləsuvarda su xəttinin çəkilişi başladığı gün yarımçıq dayandırılıb, sakinlər susuz qalıb

Biləsuvar rayonunun Xırmandalı kəndinin bir hissəsi içməli su ilə təmin olunsa da, bir hissəsi susuz qalıb.

Bu barədə "Report"un Muğan bürosuna bir qrup kənd sakini bildirib.

Sakinlərin sözlərinə görə, bir neçə il əvvəl bütün kənd ərazisinin içməli su ilə təchiz olunacağı barədə onlara məlumat verilib.

Amma buna baxmayaraq, yalnız kəndi iki hissəyə ayıran Bolqar çayının sol sahilində yaşayan əhali içməli su ilə təmin olunub. Onlar naməlum səbəblərdən çayın sağ sahilində məskunlaşanların içməli sudan məhrum olduğunu bildiriblər:

"Demək olar ki, kənd əhalisinin yarısı çayın sağında, digər yarısı isə solunda məskunlaşıb. Bizim xeyli narazılığımızdan sonra nəhayət, ötən il çayın sağ sahilində yalnız A.İmanov küçəsinə plastik boruları basdırmağa başladılar. Həmin vaxt bizə bildirdilər ki, 6 min nəfərə yaxın əhalinin yaşadığı bu əraziyə 13 kilometr uzunluğunda müxtəlif diametrli borular çəkilərək 120 ədəd bulaq quraşdırılacaq. Lakin işlər həmin il mayın 15-də A.İmanov küçəsində kəmərin simvolik açılışı ilə və yalnız həmin küçəyə su verilməsi ilə yekunlaşdı".

Sakinlərin sözlərinə görə, açılışda səlahiyyətli dövlət qurumlarının rəsmiləri tərəfindən vəd olunub ki, 2021-ci ilin iyun ayı ərzində çayın sağ sahilinin bütün küçələrinə su kəmərinin çəkilişi təmin ediləcək: "Ancaq ötən yay küçələrə plastik boru basdırmaqla işləri yarımçıq qoyublar. Hazırda Sahil, C.Cabbarlı, G.Əsədov, S.Vurğun və yeni salınan məhəllələrdəki küçələr də daxil olmaqla əhali içməli sudan istifadə edə bilmir".

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin Xırmandalı kənd icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, hazırda kəndin sağ sahilində su verilməyən sakinlərin su təminatı üçün qonşu Bəydili kəndi istiqamətindən daşıyıcı su xəttinin çəkilişi davam etdirilir.

İnfrastruktur İnfrastruktur
Horadiz-Ağbənd dəmir yolu xəttində işlər 40 %-dən çox icra edilib

Horadiz-Ağbənd dəmir yolu xəttində işlər 40 %-dən çox icra edilib

İnfrastruktur İnfrastruktur
“AirBaltic” Bakıya uçuşları bərpa edəcək

“AirBaltic” Bakıya uçuşları bərpa edəcək

İnfrastruktur İnfrastruktur
Bakının Müzəffər Nərimanov küçəsinin bir hissəsi təmir edilib

Bakının Müzəffər Nərimanov küçəsinin bir hissəsi təmir edilib

İnfrastruktur İnfrastruktur
Nazirlik: “Taksi şirkətləri “Fərdi məlumatlar haqqında” qanunu pozur”

Nazirlik: “Taksi şirkətləri “Fərdi məlumatlar haqqında” qanunu pozur”

İnfrastruktur İnfrastruktur
Qazaxıstan və Azərbaycan dəmir yolları arasında logistika sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Qazaxıstan və Azərbaycan dəmir yolları arasında logistika sahəsində əməkdaşlığa dair saziş imzalanıb

İnfrastruktur İnfrastruktur
Gələn il Azərbaycanda ilk dəfə Bakı Su həftəsi təşkil ediləcək

Gələn il Azərbaycanda ilk dəfə Bakı Su həftəsi təşkil ediləcək

İnfrastruktur İnfrastruktur
Şuşada su anbarının yaradılması üçün işlərə başlanılıb

Şuşada su anbarının yaradılması üçün işlərə başlanılıb

İnfrastruktur İnfrastruktur
Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurma işlərinin 53 %-i tamamlanıb

Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurma işlərinin 53 %-i tamamlanıb

İnfrastruktur İnfrastruktur
AZAL Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq

AZAL Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq

İnfrastruktur İnfrastruktur
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində rənglənmə işi aparılır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində rənglənmə işi aparılır

İnfrastruktur İnfrastruktur
Ekologiya Nazirliyi: "Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb"

Ekologiya Nazirliyi: "Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb"

İnfrastruktur İnfrastruktur
Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır

Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır