Britaniya Ukraynaya göndərdiyi pilotsuz təyyarələrin sayını artırır

Britaniya Ukraynaya göndərdiyi pilotsuz təyyarələrin sayını artırır

Britaniya Ukraynaya göndərdiyi pilotsuz təyyarələrin sayını artırır.

“Birxeber.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz təyyarələrin alınmasına əlavə olaraq 125 milyon funt sterlinq (160 milyon ABŞ dolları) ayıracaq.

Bildirilir ki, krallıq Kiyevə ötürdüyü pilotsuz təyyarələrin sayını 10 minə çatdıracaq.

Bundan əvvəl yanvarda Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün PUA-ların alınmasına 200 milyon funt sterlinq (256 milyon ABŞ dolları) ayrıldığını açıqlayıb. Bu məbləğin 325 milyon funt-sterlinqə (416 milyon ABŞ dolları) artırılması nəzərdə tutulur.

Ukraynaya əsasən FPV pilotsuz təyyarələri təhvil veriləcək, lakin əlavə olaraq minə yaxın sursat, həmçinin dəniz kəşfiyyat aparatları göndərilə bilər.

Bu günə qədər Britaniya Ukraynaya 4 mindən çox pilotsuz təyyarə verib.