Mahir Emrelinin komandası PAOK-u, "Fənərbağça" isə Belçika klubunu məğlub edib

Mahir Emrelinin komandası PAOK-u, "Fənərbağça" isə Belçika klubunu məğlub edib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu UEFA Konfrans Liqasında növbəti matçını keçirib.

"Report"un məlumatına görə, Zaqreb təmsilçisi Yunanıstanın PAOK komandasını qəbul edib.

Görüşün baş hakimi azərbaycanlı FIFA referisi Əliyar Ağayev olub. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Qarşılaşma “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyənin "Fənərbağça" klubu bu turnirdə Belçikada “Yunion”un qonağı olub. Bu oyunun da start fiti saat 00:00-da çalınıb. Matç “Fənərbağça”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, cavab qarşılaşmaları martın 14-də gerçəkləşəcək.