İtaliya Futbol Federasiyasının prezidenti çirkli pulların yuyulmasında şübhəli bilinir

İtaliya Futbol Federasiyasının prezidenti çirkli pulların yuyulmasında şübhəli bilinir

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina mənimsəmə və çirkli pulların yuyulmasında şübhəli bilinir.

"Report" xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Roma prokurorları İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravinanı maliyyə fırıldaqları ilə bağlı araşdırmaya başlayıb.

Martın 4-də Qravinanın dindirilməsi təxminən bir saat davam edib.

Federasiya rəhbəri “Isg Ginko”nun “Lega Pro” futbol kanalı üçün tenderdə mənimsəmə və çirkli pulların yuyulmasında şübhəli bilinir. Qeyd olunur ki, İtaliya hakimiyyəti onu rəsmi olaraq şübhəlilər siyahısına daxil edib.

Qravina 2018-ci ilin oktyabrından İtaliya federasiyasına rəhbərlik edir. 2021-ci ilin aprelində o, həm də Avropa Futbol Assosiasiyaları İttifaqının vitse-prezidenti seçilib.