Nigeriyada 200-dən çox məktəbli qaçırılıb

Nigeriyada 200-dən çox məktəbli qaçırılıb

Nigeriyanın şimal-qərbində silahlılar tərəfindən 200-dən çox məktəbli qaçırılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə "Daily Post" qəzeti məlumat yayıb.

“Kaduna əyalətinin Kuriga kəndində 232 məktəbli qaçırılıb. Bu, təxminən bir ay əvvəl direktorun öldürüldüyü və həyat yoldaşının qaçırıldığı məktəbdir”, - deyə ştat senatoru Şehu Sani bildirib.

Nəşr qeyd edir ki, məktəbə hücum səhər saatlarında ümumi yığıncaq keçirilən zaman baş verib.