Mirzoyan: Azərbaycanla əsl sülhə nail olmaq imkanımız var

Mirzoyan: Azərbaycanla əsl sülhə nail olmaq imkanımız var

İndi Azərbaycanla əsl sülhə nail olmaq imkanımız var.

“Birxeber.Az” xəbər verir ki, bunu “Anadolu” agentliyinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, qeyd edib ki, Ermənistan Azərbaycanla möhkəm sülh sazişi bağlamaq imkanına malikdir.

"Güman edirəm ki, xalqlarımızın sülhə ehtiyacı var. Dünyanın digər xalqları kimi, bizim xalqlarımız da sülhə layiqdirlər və heç birimiz əbədi düşmənçiliyə məhkum deyilik", - Mirzoyan deyib.

Ermənistan xarici işlər naziri qeyd edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüş hələlik müəyyənləşməyib, Lakin tərəflər daimi əlaqə saxlamaqda davam edirlər.