DYP Xankəndidə xidmətə başlayıb

DYP Xankəndidə xidmətə başlayıb

Xankəndi şəhərində DYP əməkdaşları da xidmətə başlayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir.

"Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq", - deyə bildirilib.