Xankəndidə DYP xidmətə başlayıb

Xankəndidə DYP xidmətə başlayıb

Xankəndi şəhərində DYP əməkdaşları da xidmətə başlayıb.

"Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir. Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır. Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq", - E.Hacıyev qeyd edib.