Berbok: Kiyev daha çox uzaqmənzilli silahlar almalıdır

Berbok: Kiyev daha çox uzaqmənzilli silahlar almalıdır

Ukraynada sülh istəyənlər onların özünü müdafiə edə bilməsi üçün bütün vasitələri səfərbər etməlidir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində britaniyalı həmkarı Devid Kemeronla birgə mətbuat konfransında deyib.

“Bütün vəsaitləri səfərbər etmək o deməkdir ki, Ukraynanın özünü müdafiə etməsi üçün daha çox döyüş sursatı, daha çox hava hücumundan müdafiə sistemi, daha çox uzaq mənzilli silahlar tədarük edilməlidir”, - o bildirib.