"Qarabağ" - "Bayer 04" oyunu başlayıb - YENİLƏNİB

"Qarabağ" - "Bayer 04" oyunu başlayıb - YENİLƏNİB

Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.

"Birxeber.Az"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

20:35

Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın "Bayer 04" klubunun start heyətləri açıqlanıb.

"Birxeber.Az"un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

"Qarabağ": Andrey Lunyov, Marko Veşoviç, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Toral Bayramov, Patrik Andrade, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

Baş məşqçi: Qurban Qurbanov

"Bayer 04": Matey Kovar, Alexandro Qrimaldo, Edmond Tapsoba, Conatan Tah, Odilon Kassunu, Amin Adli,Robert Andrix, Ezekyel Palasios, Natan Tella, Borxa İqlesias, Adam Hlojek.

Baş məşqçi: Xabi Alonso

Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.