Türkiyədə bu ildən icbari fəlakət sığortası tətbiq olunacaq

Türkiyədə bu ildən icbari fəlakət sığortası tətbiq olunacaq

Türkiyədə bu ildən icbari fəlakət sığortası tətbiq olunacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşek danışıb.

O, 2024-cü il üçün islahat proqramı olduğunu bildirib:

“Bu islahatın tərkib hissələrindən biri də mövcud sığortanın əhatə dairəsini genişləndirməkdir. İcbari zəlzələ sığortası bəzi ölkələr üçün nümunədir. Türkiyə zəlzələ zonasıdır, bu, bir həqiqətdir".

Nazir bu il ərzində, 2024-cü ilin 3-cü və ya 4-cü rübündə icbari fəlakət sığortasının tətbiqinin planlaşdırıldığını vurğulayıb:

“Zəlzələ sığortasının əhatəsi çox məhduddur. Yalnız binaları əhatə edir. Fəlakət sığortası isə bütün digər riskləri də əhatə edəcək. 2000-ci ildə islahat aparıldı, icbari zəlzələ sığortası tətbiq olundu. İndi bir addım da irəli getmək və iqlim dəyişikliyini nəzərə almaq lazımdır. Təbii fəlakətlərin artması riskinə qarşı tədbir olaraq, icbari fəlakət sığortası tətbiq edəcəyik".