Mirzoyan: Ermənistan və Türkiyə liderləri arasında davamlı təmas var

Mirzoyan: Ermənistan və Türkiyə liderləri arasında davamlı təmas var

Ermənistan və Türkiyə liderləri arasında davamlı təmas var.

Birxeber.Az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən deyib.

Paşinyan və Ərdoğan arasında telefon danışıqlarının olduğunu bildirən Mirzoyanın sözlərinə görə, bu, ölkələr arasında münasibətlərdə müsbət dinamikanı təmin edir.