Tovuz sakini bıçaqlanıb - FOTO

Tovuz sakini bıçaqlanıb - FOTO

Tovuzdakı bıçaqlanma ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

APA xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

O deyib ki, məsələ ilə bağlı hüquqi qiymət veriləcək

***

18:54

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, əməliyyat edilib. Məlumata görə, N.İsmayılovu həyat yoldaşı bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.