Hacıqabulda yol qəzası olub, dörd nəfər xəsarət alıb

Hacıqabulda yol qəzası olub, dörd nəfər xəsarət alıb

Hacıqabulda yol qəzası zamanı dörd nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Udullu kəndində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Hacıqabul rayon sakinləri, 1965-ci il təvəllüdlü Ağayev Sahib Həsən oğlu, 1975-ci il təvəllüdlü Yaqubova Könül Canəli qızı, 2006-cı il təvəllüdlü Hacıəliyeva Leyla Mürkəli qızı və 1979-cu il təvəllüdlü Hacıəliyev Mürkəli Əsgəralı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.