Mirzoyan: Türkiyə ilə dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyirik

Mirzoyan: Türkiyə ilə dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyirik

Ermənistan olaraq Türkiyə ilə normallaşma prosesi çərçivəsində dövlət sərhədlərinin ən qısa zamanda açılmasını istəyirik.

“Report”un xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinə açıqlamasında deyib.

XİN başçısı Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqları olduğunu bildirib: “Daimi təmas var və bunlar müsbət dinamika üçün zəmin yaradır”.