AccessBank “Future BankHers” təcrübə proqramının bitməsini qeyd edir

AccessBank “Future BankHers” təcrübə proqramının bitməsini qeyd edir

Azərbaycanda sahibkarlıq fəaliyyətinin təşviqi, mikro, kiçik və orta biznesin (MKOB) dəstəyi sahəsində lider olan AccessBank, ölkədə xanımların maliyyə sahəsində fəaliyyətini dəstəkləmək məqsədi ilə təşkil edilən “Future BankHers” təcrübə proqramının bitməsini qeyd edir.

Azərbaycanın bank sektorunda ilk dəfə yalnız xanımlar üçün təşkil edilən proqram, 6 dekabr 2023-cü ildə başlayıb və 6 mart 2024-cü ildə başa çatıb.

Xanımların maliyyə sektorunda karyera qurmasını təşviq etmək, ölkənin iqtisadi inkişafında rolunu artırmaq və mövqelərini möhkəmləndirmək məqsədi ilə keçirilən “Future BankHers” proqramına qatılmaq üçün 986 müraciət daxil olub, onlardan 360 xanım imtahandan keçərək 120-ə yaxın qrup işi və fərdi tapşırıq mərhələsində iştirak ediblər. Uğurlu nəticələrlə seçilən 20 nəfər seçiləndən sonra 13 xanım proqramı tamamlaya bildi.

Təcrübəçi xanımlar AccessBank-ın Daxili Audit, Pərakəndə Bankçılıq, Marketinq, Ödəniş Kartları Biznesi, Hüquq və Komplayens, Risklərin İdarəedilməsi, Ödənişlər, Maliyyə, İT İnkişafı Departamentiləri, İnformasiya Təhlükəsizliyi departamentlərində uğurlu təcrübə keçdilər və gələcək karyera yolunda seçim etmək imkanı qazandılar.

Yalnız xanımlar üçün təşkil edilən “Future BankHers” proqramında iştirak edən təcrübəçi xanımların bəzilərinə AccessBank-da işlə təmin olunmaq təklifləri də edilib.

Future BankHers” proqramının bağlanış mərasiminin məhz bu gün keçirilməsi təsadüfi deyil. Tədbirin 8 mart – Beynəlxalq qadınlar günü ərəfəsində keçirilməsi fürsətindən istifadə edərək, hər birinizi təbrik edirəm, ümid edirəm ki, “Future BankHers” proqramı gələcək karyeranızı məhz bank sahəsində qurmaq planlarınıza əlavə təkan oldu. Sizi bizim sıralarımızda görməkdən məmnun olarıq”,- AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri mərasimdə çıxış edərək dedi.