Səfir: "Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 2,5 dəfə artıb"

Səfir: "Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 2,5 dəfə artıb"

Mərakeş turizm agentlikləri üçün Azərbaycana tanışlıq turu təşkil olunacaq

“Birxeber.Az” xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Rabat şəhərində turizm agentlikləri və turoperatorlar üçün ölkənin turizm imkanlarına dair keçirilən təqdimatda deyib.

Təqdimatda Rabatda əsasən xarici ölkələrə turların təşkili ilə məşğul olan 16 turizm şirkətinin rəhbərləri iştirak edib.

N.Səmədov qonaqlara ölkənin turizm potensialı, mədəniyyəti və mədəni irsi haqqında məlumat verib.

Səfir bildirib ki, 2023-cü ildə Mərakeşdən Azərbaycana gələn turistlərin sayı 1 740 nəfər olub və bu ilin yanvar-fevral aylarında ölkəyə gələn mərakeşli turistlərin sayındakı artım artıq ötən ilin eyni dövrünün göstəricilərini təxminən 2,5 dəfə üstələyir.

Qeyd edək ki, Mərakeş vətəndaşlarının “ASAN Viza” sistemi vasitəsilə Azərbaycana səfər etmək üçün elektron viza almaq imkanı var.