Azərbaycan şahmatçılarının beynəlxalq turnirdə mövqeləri müəyyənləşib

Azərbaycan şahmatçılarının beynəlxalq turnirdə mövqeləri müəyyənləşib

Azərbaycan şahmatçılarının Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open 2024” beynəlxalq turnirində mövqeləri müəyyənləşib.

“Report”un məlumatına görə, festivala qatılan 6 şahmatçımız arasında ən yaxşı nəticəyə Aydın Süleymanlı imza atıb.

O, 9 turun yekununda 142 nəfər arasında 6 xalla 17-ci yeri tutub. Digər təmsilçilərimizdən Şiroğlan Talıbov 4,5 xalla 60-cı, Elmar Atakişiyev 4 xalla 102-ci, Vüqar Manafov 4 xalla 106-cı, Xaqan Əhməd 3,5 xalla 119-cu, Şahin Vəliyev isə 3 xalla 130-cu pillədə qərarlaşıb.

Turnirin qalibi 7,5 xal toplayan iranlı Məhəmməd Amin Tabatabai olub.

Qeyd edək ki, ənənəvi “Aeroflot Open” turniri 2002-ci ildən keçirilir.