Azərbaycan və Səudiyyə Ərəbistanı arasında təqaüd proqramlarının birgə təşkili müzakirə edilib

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında təqaüd proqramlarının birgə təşkili müzakirə edilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti arasında görüş keçirilib.

"Birxeber.Az" xəbər verir ki, görüşdə iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın perspektivləri, təqaüd proqramlarının birgə təşkili, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat imkanları müzakirə edilib.

Qeyd edək ki, heyət martın 4-dən etibarən Azərbaycanda səfərdədir. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra ali təhsil müəssisələrində görüşləri təşkil edilib, müvafiq istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub.