AYİB Azərbaycan üzrə investisiya portfelini artırıb

AYİB Azərbaycan üzrə investisiya portfelini artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi bu il yanvarın 31-nə 897 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) azalıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 2,2% və ya 20 mln. avro azdır. İcra edilən aktiv layihələrin sayı isə 31 olaraq qalıb.

Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 90%-ni (826 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (65 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (26 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2,9% azalaraq 693 mln. avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3,694 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,7 %-i (3,091mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.