Azərbaycanın turizm imkanları Almaniyada nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Almaniyada nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Almaniyada - dünyanın aparıcı turizm sərgilərindən biri olan “ITB Berlin”də təqdim olunur.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Milli stenddə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri daxil olmaqla, ümumilikdə 14 sənaye tərəfdaşı təmsil edir.

Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir. Həmçinin ziyarətçilərə Azərbaycanın tarixi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş mədəni obyektləri, milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri və digər turizm imkanları barədə ətraflı məlumat verilir.

Sərgidə VR (Virtual Reallıq) eynəyi vasitəsilə Azərbaycanın turizm imkanlarını əks etdirən görüntülər nümayiş olunur.

Milli stendimizi Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayev, Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili, Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culiya Simpson da ziyarət edib.