Ukrayna ordusu Rusiya ərazisində zavodu vurub

Ukrayna ordusu Rusiya ərazisində zavodu vurub

Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Çerepovets rayonuna zərbələr endirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə yerli idarəetmə orqanlarından bildirilib.

Məlumata görə, ərazidəki “Severstal” zavodu vurulub.

Bundan başqa, Rusiyanın Belqorod vilayətinə də PUA-larla hücum olub.

Hər iki hücum nəticəsində insan itkisi olmayıb.