Azercell Biznes “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir

Azercell Biznes “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir

Yeni həll çoxşaxəli sahə işlərinin təşkili, idarəsi və nəzarətdə saxlanılmasında şirkətlərin fəaliyyətini asanlaşdıracaq, rəqəmsal mühitə keçidi sürətləndirəcək

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutan Azercell, biznesdə ünsiyyəti daha əlçatan etmək üçün “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir. Bu platforma bizneslərə marketing, satış, dağıtım və digər sahə əməliyyatlarını sadələşdirməyə, komanda əməkdaşlığını, biznes məhsuldarlığını optimallaşdırmağa və ümumi müştəri məmnuniyyətini artırmağa imkan verən innovativ alətlər təqdim edir.

Platformanın imkanlarından istifadə etməklə şirkətlər aşağıdakı biznes funksiyalarından faydalana bilərlər:

  • Müştəri ziyarətinin planlaşdırılması və nəzarəti;
  • Əməliyyat üzrə hərəkət marşrutu və GPS naviqasiya sistemi;
  • Ümumi iş bölgüsünün qurulması və izlənilməsi;
  • Foto hesabat və rəy bildirişi;
  • Avadanlığın idarə edilməsi (təchizatı və təmiri);
  • Məhsullar üzrə geniş bazar araşdırması;
  • Analitik təhlil və müxtəlif hesabat imkanları;

Platforma mobil komanda və biznes idarəetməsində təxminlərə son qoyaraq, bütün iş prosesinin rasional, tapşırıqların isə avtomatlaşdırılmış şəkildə icra olunmasına dəstək verir. Yeni həll real vaxt rejimində komandaların koordinasiya olunması, düzgün ünsiyyətin qurulması və biznes tapşırıqların qısa zamanda yerinə yetirməsində mühüm rol oynayır, sahə əməkdaşları ilə ofis arasında əlaqəni gücləndirir.

“Mobil komandanın idarə edilməsi” platforması ənənəvi iş yükü ilə vidalaşıb, yeni, çevik, səmərəli və məhsuldar dövrə keçidi təmin edir. Həmçinin yeni həll bu günün dinamik iş mühitində istənilən vaxt və istənilən yerdə inkişaf etmək üçün imkanlar da yaradır.

Azercell-in biznes üçün nəzərdə tutulmuş “Mobil komandanın idarə edilməsi” tətbiqi haqqında ətraflı məlumat almaq üçün:

İmkanlarınızı genişləndirin, biznesinizi inkişaf etdirin! | Məşhur tətbiqlər sərfəli abunəlik şərtlərilə (azercell.com)