Şahin Mustafayev: “Tatarıstan Azərbaycanın 10 əsas ticarət tərəfdaşından biridir”

Şahin Mustafayev: “Tatarıstan Azərbaycanın 10 əsas ticarət tərəfdaşından biridir”

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Bakıya səfəri çərçivəsində Azərbaycan-Tatarıstan biznes forumunda iştirak edib.

“Report” Tatarıstan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüşdə hər iki tərəfin iri sənaye müəssisələrinin, eləcə də biznes qurumlarının nümayəndələri iştirak ediblər.

“Respublikalarımız arasında Tatarıstanın neft texnikası və maşınqayırma sənayesi məhsullarının tədarükü, investisiya və innovasiya-istehsal, yüksək texnologiyalar, gəmiqayırma və avtomobil sənayesi, səhiyyə, tibb və əczaçılıq məhsullarının istehsalı, ticarət-sənaye palataları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur”, - Rüstəm Minnixanov forum iştirakçılarına müraciətində bildirib.

O, həmçinin əməkdaşlığın möhkəmləndirilməsində şəxsi iştirakına görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tatarıstanın iqtisadi tərəfdaşlarımız arasında lider mövqelərdən birini tutduğunu vurğulayıb: "Dövlət başçılarımızın siyasi iradəsi sayəsində Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır və bütün fəaliyyət sahələrini əhatə edir. Regionlararası əlaqələr bizim üçün prioritetdir. Tatarıstan 10 əsas ticarət tərəfdaşımızdan biridir. Bu ilin sonunadək ticarət dövriyyəmizin dəfələrlə artacağını gözləyirik”.

Forumun sonunda bir sıra sazişlər imzalanıb. İlk sənəd Tatarıstan Respublikasının Ticarət və Sənaye Palatası ilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında imzalanıb. Bundan başqa, Tatarıstanın Ticarət və Sənaye Palatası ilə Azərbaycan Ticarət və Sənaye Palatası arasında da saziş imzalanıb.

Biznes Biznes
Azərbaycandan daha bir ölkəyə şüşə butulkaların ixracına başlanılıb

Azərbaycandan daha bir ölkəyə şüşə butulkaların ixracına başlanılıb

Biznes Biznes
Uşaqlar üçün “4 Mövsüm” kulinariya müsabiqəsi başlayır

Uşaqlar üçün “4 Mövsüm” kulinariya müsabiqəsi başlayır

Biznes Biznes
ƏƏSMN 6 milyon manatlıq tenderə yekun vurub

ƏƏSMN 6 milyon manatlıq tenderə yekun vurub

Biznes Biznes
Səfir: "Azərbaycan və BƏƏ əməkdaşlıq etmək üçün böyük potensiala malikdir"

Səfir: "Azərbaycan və BƏƏ əməkdaşlıq etmək üçün böyük potensiala malikdir"

Biznes Biznes
Azərbaycanda üç faydalı qazıntı yatağı hərraca çıxarılır

Azərbaycanda üç faydalı qazıntı yatağı hərraca çıxarılır

Biznes Biznes
Azərbaycan SPECA ölkələrinin beynəlxalq və regional nəqliyyat dəhlizlərinə cəlb olunmasını təklif edib

Azərbaycan SPECA ölkələrinin beynəlxalq və regional nəqliyyat dəhlizlərinə cəlb olunmasını təklif edib

Biznes Biznes
Azərbaycanda idman yarışlarının qaliblərinə vergi güzəştləri tətbiq olunacaq

Azərbaycanda idman yarışlarının qaliblərinə vergi güzəştləri tətbiq olunacaq

Biznes Biznes
Nazir: "İZİA-nın 30 sahibkarlıq subyektinə rezident statusu verilib"

Nazir: "İZİA-nın 30 sahibkarlıq subyektinə rezident statusu verilib"

Biznes Biznes
Azərbaycan və Rusiya rəsmiləri iki ölkənin gömrük buraxılış məntəqəsində olub

Azərbaycan və Rusiya rəsmiləri iki ölkənin gömrük buraxılış məntəqəsində olub

Biznes Biznes
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 47 % artırıb

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 47 % artırıb

Biznes Biznes
Gələn il Udmurtiya Azərbaycanda ticarət nümayəndəliyini genişləndirəcək

Gələn il Udmurtiya Azərbaycanda ticarət nümayəndəliyini genişləndirəcək

Biznes Biznes
Azərbaycan ÜGT-nin modernləşdirilməsi ilə bağlı Avropa Regional Məsləhətləşmələri keçirib

Azərbaycan ÜGT-nin modernləşdirilməsi ilə bağlı Avropa Regional Məsləhətləşmələri keçirib