"Qarabağ" dünya reytinqində 11 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində 11 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Apasport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, 2023-cü ilin yekun siyahısında Azərbaycanın 3 təmsilçisi yer alıb.

Ötən ay 84-cü yerdə olan “Qarabağ” 11 pillə yüksələrək 73-cü yerdə qərarlaşıb. "Qarabağ"ın hesabında 145,5 xal var.

“Neftçi” və “Sabah” isə siyahıda geriləyib. “Neftçi” (53,75 xal) 378-ci yerdən 469-cu pilləyə enib. “Sabah” isə (55,5 xal) 391-ciliyi 436-cı pilləyə dəyişib.

Siyahının ilk "3-lüyü" isə belədir:

“Mançester Siti” (359 xal);

“Real” (332 xal);

“İnter” (289).