Məzahir Pənahov: Beynəlxalq qurumlar prezident seçkilərini yüksək qiymətləndiriblər

Məzahir Pənahov: Beynəlxalq qurumlar prezident seçkilərini yüksək qiymətləndiriblər

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edən beynəlxalq qurumlar tərəfindən Mərkəzi Seçki Komissiyasına daxil olan məktublarda seçkilərin yüksək qiymətləndirildiyi qeyd olunub.

"Birxeber.Az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, sözügedən qurumlar seçkilərin yüksək səviyyədə keçdiyini vurğulayıblar: "Seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün addımlar atılmışdı".