Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi auditor seçir

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi auditor seçir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2023-2024-2025-ci illər üzrə konsolidə edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini aprelin 16-na qədər Agentliyin Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət, 27 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 16-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.