“Muzeydə musiqi” layihəsi çərçivəsində Mahnı Teatrında konsert təşkil edilib

“Muzeydə musiqi” layihəsi çərçivəsində Mahnı Teatrında konsert təşkil edilib

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində martın 6-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının konsert proqramı təqdim edilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, konsertdə Mahnı Teatrının instrumental ansamblının müşayiəti ilə respublikanın tanınmış incəsənət ustaları – Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, ifaçılar Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Ramazan Şərifzadə tərəfindən ifa olunan mahnılar səsləndiriblər.

Böyük maraqla qarşılanan konsert proqramından sonra qonaqlar tematik ekskursiya çərçivəsində "Salam, Novruz!" sərgisi ilə tanış olublar.