Varşavada iğtişaşlar zamanı 50-dən çox şəxs saxlanılıb

Varşavada iğtişaşlar zamanı 50-dən çox şəxs saxlanılıb

Polşanın paytaxtı Varşava şəhərində iğtişaşlar zamanı 50-dən çox şəxs saxlanılıb.

"Birxeber.Az" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 52 nəfər saxlanılıb, qarşıdurma zamanı 14 polis yaralanıb. Bildirilib ki, onların bəziləri hələ də xəstəxanadadır.

Xatırladaq ki, Polşada fevralın əvvəlindən fermerlər etiraz aksiyaları keçirir.