Almaniya XİN ölkə vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib

Almaniya XİN ölkə vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya səfərlərlə bağlı tövsiyələrini sərtləşdirib və vətəndaşları bu ölkəyə səfər etməkdən qəti şəkildə çəkindirir.

“Birxeber.Az” RBC-yə istinadən xəbər verir ki, bu barədə qurumun saytında yerləşdirilən məlumatda bildirilib.

Qeyd edilib ki, Almaniya XİN daha əvvəl də vətəndaşları Ukraynada davam edən hərbi əməliyyatlar fonunda Rusiya Federasiyasına səfərləri təxirə salmağa çağırıb.

Bildirilib ki, bu həm Almaniya vətəndaşlarına, həm də ikili vətəndaşlığı olan şəxslərə aiddir: “Almaniya və Rusiya ikili vətəndaşlığı olan şəxslər nəzərə almalıdırlar ki, Rusiya hakimiyyəti onları yalnız öz vətəndaşı hesab edir. Bu, Rusiya Silahlı Qüvvələrinə mümkün çağırış halına da aiddir”.

Vurğulanıb ki, Almaniya səfirliyinin əməkdaşları vətəndaşları konsulluq mühafizəsi ilə təmin edə bilməyəcək.