Lebron Ceyms NBA-da oyun sayına görə 6-cı pilləyə yüksəlib

Lebron Ceyms NBA-da oyun sayına görə 6-cı pilləyə yüksəlib

ABŞ-nin “Los Anceles Leykers” klubunun oyunçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə keçirdiyi oyunların sayına görə altıncı pilləyə yüksəlib.

"Birxeber.Az" xəbər verir ki, 39 yaşlı idmançı buna "Sakramento Kinqs"ə 120:130 hesabı ilə uduzduqları matçda meydana çıxmaqla nail olub.

1477 qarşılaşmada iştirak edən ulduz basketbolçu Karl Melounu (1476) geridə qoyub.

İlk "üçlük"də Robert Periş (1611), Kərim Abdul-Cabbar (1560) və Vins Karter (1541) qərarlaşıb. Dirk Novitski (1522) dördüncü, Con Stokton (1504) beşincidir.