Azad edilmiş ərazilərdə buraxılış imtahanı keçiriləcək

Azad edilmiş ərazilərdə buraxılış imtahanı keçiriləcək

"Bu il işğaldan azad edilmiş ərazilərimizdəki 3 məktəbdə buraxılış imtahanı keçiriləcək".

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılması mərasimində deyib.

O qeyd edib ki, bu səbəbdən rayonlarda nəzarətçi müəllimlərin sayını artırmağı düşünürlər.