Prezident İlham Əliyev BƏƏ-nin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev BƏƏ-nin Kabinet işləri nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.

"Birxeber.Az" xəbər verir ki, Məhəmməd bin Abdullah Əl Qərqavi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və vitse-prezident Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun salamlarını və xoş sözlərini dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və vitse-prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı iki ölkənin liderləri arasında səmimi dostluq münasibətlərinin olmasının əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.

Məhəmməd bin Abdullah Əl Qərqavi Bakının gözəlliyinə və təmizliyinə heyran olduğunu bildirdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin dost və qardaş ölkə olaraq BƏƏ-ni sevindirdiyini diqqətə çatdırdı. Qonaq ölkələrimizin aidiyyəti nazirlikləri və dövlət təşkilatları arasında da yaxın əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladı.

Azərbaycana səfəri çərçivəsində “ASAN xidmət” mərkəzi ilə tanışlığını, bu konsepsiyanı böyük maraqla qarşıladığını, burada vətəndaşlara çox səmərəli və operativ xidmət göstərildiyinin şahidi olduğunu deyən Məhəmməd bin Abdullah Əl Qərqavi vətəndaş məmnunluğu prinsipi əsasında fəaliyyət göstərən “ASAN xidmət”in Azərbaycan Prezidentinin uzaqgörən və mükəmməl təşəbbüslərindən biri olduğunu məmnunluqla qeyd etdi, bu sahədə əməkdaşlığın vacibliyini bildirdi.

Birləşmiş Ərəb Əmirliklərinin əldə etdiyi nailiyyətlərin də dost və qardaş ölkə olaraq Azərbaycanı sevindirdiyini diqqətə çatdıran dövlətimizin başçısı BƏƏ rəhbərliyi ilə dostluq münasibətlərini qeyd etdi və ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin çox yaxşı səviyyəsindən çıxış edərək bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləşdirildiyini deyən dövlətimizin başçısı bu xüsusda BƏƏ-nin aparıcı şirkətlərindən olan “Masdar”ın Azərbaycanda investisiya qoyuluşu layihəsini qeyd etdi.

Prezident İlham Əliyev işğal dövründə ərazilərimizdə Ermənistanın törətdiyi dağıntılardan danışdı, hazırda Azərbaycanın həmin ərazilərdə ən müasir şəhərsalma konsepsiyası tətbiq olunmaqla həyata keçirdiyi bərpa-quruculuq işləri barədə məlumat verdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

10:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Xarici siyasət Xarici siyasət
ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycanda səfərdədir

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycanda səfərdədir

Xarici siyasət Xarici siyasət
Azərbaycan lideri: "Biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik"

Azərbaycan lideri: "Biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik"

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidentinin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Azərbaycan Prezidentinin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Xarici siyasət Xarici siyasət
Fəxrəddin Qurbanov: “Şimal-Cənub” dəhlizi Avrasiya məkanında yükdaşımanın inkişafına töhfə verəcək”

Fəxrəddin Qurbanov: “Şimal-Cənub” dəhlizi Avrasiya məkanında yükdaşımanın inkişafına töhfə verəcək”

Xarici siyasət Xarici siyasət
Örl Litzenberger: "Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır"

Örl Litzenberger: "Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır"

Xarici siyasət Xarici siyasət
Səməd Seyidov Ermənistanda bayrağımızın yandırılmasından yazdı: "Danışıqlar prosesinə də bu cür yanaşırlar"

Səməd Seyidov Ermənistanda bayrağımızın yandırılmasından yazdı: "Danışıqlar prosesinə də bu cür yanaşırlar"

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Kuba liderini təbrik edib

Azərbaycan Prezidenti Kuba liderini təbrik edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan lideri: "Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini həmişə hiss etmişik"

Azərbaycan lideri: "Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini həmişə hiss etmişik"

Xarici siyasət Xarici siyasət
Ulu Öndərin ABŞ-dakı büstünün müəllifi: “Heydər Əliyevdə əsl liderin unikal vəhdəti vardı”

Ulu Öndərin ABŞ-dakı büstünün müəllifi: “Heydər Əliyevdə əsl liderin unikal vəhdəti vardı”

Xarici siyasət Xarici siyasət
Ankarada Heydər Əliyevin anım tədbiri keçirilib

Ankarada Heydər Əliyevin anım tədbiri keçirilib

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik"

İlham Əliyev: "Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik"

Xarici siyasət Xarici siyasət
Hafiz Paşayev: “Beynəlxalq ictimaiyyətin Bakı-İrəvan münasibətlərinin normallaşdırılması istiqamətində səyləri yüksək qiymətləndirilir”

Hafiz Paşayev: “Beynəlxalq ictimaiyyətin Bakı-İrəvan münasibətlərinin normallaşdırılması istiqamətində səyləri yüksək qiymətləndirilir”