Almaniyada maşinistlər tətilə başlayıblar

Almaniyada maşinistlər tətilə başlayıblar

Almaniya Maşinistləri Həmkarlar İttifaqı ölkənin əsas dəmir yolu operatoru olan “Deutsche Bahn” nümayəndələri ilə uğursuz danışıqlardan sonra növbəti tətil elan edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edilib ki, tətil martın 7-də yerli vaxtla saat 02:00-da başlayıb və fevralın 8-i saat 13:00-a qədər, yəni 35 saat davam edəcək. Martın 6-da axşam saatlarından etibarən yük daşımaları dayandırılıb.

Həmkarlar ittifaqı üzvləri iş vaxtının həftədə 38 saatdan 35 saata endirilməsi ilə yanaşı, maşinistlərin əməkhaqqlarının artırılmasını tələb edirlər.