Paşinyandan narazı olan şəxs özünü hökumət evinin qarşısında yandırmağa cəhd göstərib

Paşinyandan narazı olan şəxs özünü hökumət evinin qarşısında yandırmağa cəhd göstərib

Ermənistanda hökumət binasının qarşısında orta yaşlı kişi özünü yandırmağa cəhd göstərib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, ətrafa toplaşanlara partlayış olacağı barədə xəbərdarlıq edib.

Daha sonra ölkənin baş naziri Nikol Paşinyan əleyhinə şüarlar səsləndirib: “Ermənistanın gələcəyinə dair proqramı ermənilər iştirak etmədən bir nəfər - Paşinyan reallaşdırır”.

Lakin polis onun özünü yandırmasına imkan verməyib, maşına oturdaraq ərazidən uzaqlaşdırıblar.