ABA: Qarabağdakı qaydaların bank sektorunda tətbiqi kifayət qədər effektiv olacaq

ABA: Qarabağdakı qaydaların bank sektorunda tətbiqi kifayət qədər effektiv olacaq

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sahibkarlara verilən kreditlərin 90 %-nə dövlət zəmanəti veriləcək.

"Birxeber.Az" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

"İqtisadiyyat Nazirliyi bununla bağlı qərar verib. Qarabağ iqtisadi zonası üzrə formalaşmış iqtisadi qaydaların bütün digər sahələrdə olduğu kimi bank sektorunda da tətbiqi kifayət qədər effektiv olacaq", - deyə o qeyd edib.