Bakıda bu il 100 yeni elektrikli avtobus istismara veriləcək

Bakıda bu il 100 yeni elektrikli avtobus istismara veriləcək

Bu ilin sonuna qədər Bakıda 100 yeni elektrikli avtobusun istismara verilməsi planlaşdırılır.

"Birxeber.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

"Avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq. Nazirliyə məxsus "Bakı Taksi Xidməti" MMC-yə isə 150 ədəd elektrik mühərrikli taksi alınması nəzərdə tutulur", - deyə o qeyd edib.