Elektron tikinti portalı ilə 102 ədəd tikintiyə və istismara icazə verilib

Elektron tikinti portalı ilə 102 ədəd tikintiyə və istismara icazə verilib

Ötən il elektron tikinti portalı (e-tikinti.gov.az) ilə 102 ədəd tikintiyə və istismara icazə verilib. Cari ilin yanvar-fevral aylarında isə portal vasitəsilə 1284 müraciət daxil olub.


Birxeber.Az-Economics”in xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, e-tikinti.gov.az portalı funksionaldır: “Saytın əsas üstünlüyü ondan ibarətdir ki, sənədlərin əldə olunması və icraat prosesi qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ərzində avtomatik qaydada təmin olunur. Bundan başqa, kağız daşıyıcılar üzrə sənədlərin təqdim olunmasına zərurət qalmır, nəticədə vaxt və xərc azalır”.


O qeyd edib ki, tikinti portalının digər üstünlüyü tikinti icazə prosesində tələb olunan rəy və texniki şərtlər sifarişçinin iştirakı olmadan əldə olunur