DVX 21 satış nöqtəsində saxta aksiz markalı 16 min qutu tütün məmulatı aşkar edib

DVX 21 satış nöqtəsində saxta aksiz markalı 16 min qutu tütün məmulatı aşkar edib

2024-cü ilin mart ayında Dövlət Vergi Xidmətinin (DVX) Operativ vergi nəzarəti və uçotun təşkili Baş idarəsi tərəfindən paytaxtın müxtəlif ərazilərində parklanmış nəqliyyat vasitələrində, o cümlədən köşklərdə yerləşən 21 satış nöqtəsində operativ vergi nəzarəti tədbirləri keçirilib.

APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu tədbirlər nəticəsində həmin obyektlərin hər birində qanunsuz yolla əldə edilmiş, aksiz markası ilə markalanmalı olan, lakin belə marka olmadan tütün məmulatlarının satışının həyata keçirilməsi halları aşkar edilib. Nəzarət tədbirləri zamanı həmin obyektlərdən 16.062 qutu tütün məmulatı aşkar edilərək götürülüb.

Qeyd edilib ki, 20 halda qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin əməlində Cinayət Məcəlləsinin 213-1 və 213-2-ci maddələrinin əlamətləri mövcud olduğu üçün toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş idarəsinə göndərilib.