Salyanda 67 yaşlı kişi itkin düşüb, Kürə düşdüyü ehtimal olunur

Salyanda 67 yaşlı kişi itkin düşüb, Kürə düşdüyü ehtimal olunur

Salyan rayon sakini itkin düşüb.

"Birxeber.Az"un Aran bürosunun məlumatına görə, rayonun Babazənən yaşayış massivinin sakini, 1957-ci il təvəllüdlü Ələkbərov Hüseyn İsrafil oğlu dörd gün öncə evdən çıxıb və geri qayıtmayıb.

Onun Kür çayına düşdüyü ehtimal olunur.

Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumlar tərəfindən Kür çayında axtarış başlayıb. Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.