Keçən il 2700-dən çox şəhid ailəsi üzvünün vəsiqəsi hazırlanıb

Keçən il 2700-dən çox şəhid ailəsi üzvünün vəsiqəsi hazırlanıb

2023-cü ildə 2714 şəhid ailəsi üzvünün vəsiqəsi hazırlanıb və Agentliyin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən şəhid ailəsi üzvlərinə təqdim olunub.

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O, həmçinin əlavə edib ki, ötən il ərzində Agentlik tərəfindən 91 nəfərə əmək veteranı adı və vəsiqəsi də təqdim edilib.