Azərbaycan millisinin sabiq futbolçusu xəstəxanadan evə buraxılıb

Azərbaycan millisinin sabiq futbolçusu xəstəxanadan evə buraxılıb

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev xəstəxanadan evə buraxılıb.

Bu barədə "Birxeber.Az"a 51 yaşlı keçmiş hücumçu məlumat verib.

Daha əvvəl insult keçirən Vasilyev hazırda səhhətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.