Rəşad Orucov: Dayanıqlı maliyyə ekosistemi üçün strateji çərçivə yaradılıb

Rəşad Orucov: Dayanıqlı maliyyə ekosistemi üçün strateji çərçivə yaradılıb

Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması istiqamətində strateji çərçivə yaradılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini, "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun rəhbəri Rəşad Orucov Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

"Azərbaycanda elektron ödənişlər üzrə əlverişli hüquqi zəmin formalaşıb və ödəniş xidməti istifadəçilərinin hüquqi müdafiəsi gücləndirilib. Maliyyə institutlarında ekoloji, sosial və idarəetmə (ESİ) amillərinin nəzərə alınması tələbləri müəyyən edilib. Aidiyyəti qurumlarla birgə dayanıqlı maliyyə üzrə iqlim risklərinə həssas olan iqtisadi fəaliyyətlərin müəyyən olunması və taksonomiyanın hazırlanması kimi alt-komponentlərin icrasına başlanıb", - deyə o qeyd edib.