Mərkəzi Afrika Respublikasında "Vaqner" muzdlularının düşərgəsi hava hücumuna məruz qalıb

Mərkəzi Afrika Respublikasında "Vaqner" muzdlularının düşərgəsi hava hücumuna məruz qalıb

Mərkəzi Afrika Respublikasında (MAR) naməlum təyyarə şimalda “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) rusiyalı muzdluları ilə əlaqəli olan hərbi obyektə hava zərbəsi endirib.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Afrika Respublikası hökumətinin feysbukda yaydığı açıqlamasında bildirilib.

Əsgərlərin düşərgəsi Rusiyanın yarım hərbi birləşmələrinə aiddir, ölkə hakimiyyəti onları “müttəfiqlər” adlandırır. Təyyarə Bossanqoa şəhərinə partlayıcı atıb, hücum sonucunda ölən olmayıb.

“Zərbə müdafiə qüvvələrimizin bazasını, müttəfiqlərimizi və pambıq fabrikini hədəf alıb. Məsuliyyət daşıyanları müəyyən etmək üçün təhqiqat başlanılıb”, - açıqlamada vurğulanıb.

Fransa mərkəzli “Le Monde” nəşri Bosanqoa administrasiyasının su və meşə ehtiyatları üzrə məsul şəxsi Etyen Nqeretuma istinadən bildirib ki, təyyarə yerli vaxtla səhər saat 02:50-də Rusiya hərbçilərinin bazasını bombalayıb:

“Biz azı 4 partlayış eşitdik. Gecə idi, ona görə də təyyarəni görmədik - işıqları sönmüş halda sakitcə uçurdu”.

Rəsmi əlavə edib ki, onun Rusiya tərəfindən işğal olunmuş pambıq fabrikinin yanındakı bağçasında iki bomba partlayıb.

Şəhərin meri Pyer Denamger hava hücumu faktını təsdiqləyib.

“Le Monde” bu olayı Mərkəzi Afrika Respublikasında 2013-cü ildə sona çatan vətəndaş müharibəsi başlayandan bəri ilk təyyarə hücumu kimi qiymətləndirib.

KİV-in məlumatına görə, MAR-da yüzlərlə rusiyalı muzdlu var. Onlar yerli orduya üsyançılara qarşı mübarizədə yardım edirlər.

BMT və Qərb müntəzəm olaraq Mərkəzi Afrika Respublikasının ordusunu və “Vaqner” ÖHŞ-ni mülki şəxslərə qarşı cinayət törətməkdə ittiham edir.

Digər ölkələr Digər ölkələr
Polşada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb

Polşada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər başlayıb

Digər ölkələr Digər ölkələr
Asim Mollazadə: “Fransa yenidən imperiya olmaq istəyir”

Asim Mollazadə: “Fransa yenidən imperiya olmaq istəyir”

Digər ölkələr Digər ölkələr
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı istefa vermək niyyətindədir

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı istefa vermək niyyətindədir

Digər ölkələr Digər ölkələr
ABŞ-da anasını öldürən 10 yaşlı uşağı 60 ildən çox həbs cəzası gözləyir

ABŞ-da anasını öldürən 10 yaşlı uşağı 60 ildən çox həbs cəzası gözləyir

Digər ölkələr Digər ölkələr
Pakistan Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib

Pakistan Əfqanıstanın 520-dən çox vətəndaşını həbsdən azad edib

Digər ölkələr Digər ölkələr
Yaponiya və ABŞ birgə hərbi təlim keçirib

Yaponiya və ABŞ birgə hərbi təlim keçirib

Digər ölkələr Digər ölkələr
İsraildə hərbi bazada partlayış olub, ölən və yaralananlar var

İsraildə hərbi bazada partlayış olub, ölən və yaralananlar var

Digər ölkələr Digər ölkələr
İspaniya hakimiyyəti Ukrayna səfirliyindəki partlayışı terror aktı kimi qiymətləndirir

İspaniya hakimiyyəti Ukrayna səfirliyindəki partlayışı terror aktı kimi qiymətləndirir

Digər ölkələr Digər ölkələr
Sorğu: Amerikalıların təxminən 50%-i Konqresə seçkilərdə respublikaçıları dəstəkləməyə hazırdır

Sorğu: Amerikalıların təxminən 50%-i Konqresə seçkilərdə respublikaçıları dəstəkləməyə hazırdır

Digər ölkələr Digər ölkələr
Hindistan Ukrayna münaqişəsində vasitəçi ola bilər

Hindistan Ukrayna münaqişəsində vasitəçi ola bilər

Digər ölkələr Digər ölkələr
Filippində "Nalji" qasırğası 110 nəfərin həyatına son qoyub

Filippində "Nalji" qasırğası 110 nəfərin həyatına son qoyub

Digər ölkələr Digər ölkələr
İtaliyada milli parlament seçkilərində səsvermə başlayır

İtaliyada milli parlament seçkilərində səsvermə başlayır