Ermənistan hökuməti Yunanıstanla hərbi-texniki əməkdaşlıq sazişini təsdiqləyib

Ermənistan hökuməti Yunanıstanla hərbi-texniki əməkdaşlıq sazişini təsdiqləyib

Ermənistan Nazirlər Kabineti bu gün keçirilən iclasında Yunanıstanla hərbi-texniki əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, sənəd 2023-cü ilin dekabrında Ermənistanın müdafiə naziri Suren Papikyanın Afinaya səfəri və yunanıstanlı həmkarı Nikos Dendias ilə görüşü zamanı imzalanıb.

Qeyd edək ki, 2011-ci ildə tərəflər müdafiə sənayesində əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar. Onun əsasında Yunanıstanın hərbi universitetlərində erməni hərbi qulluqçular təhsil alır.
2018-ci ildə Ermənistan tərəfi 2023-cü ilin dekabrında imzalanmış hərbi-texniki əməkdaşlıq üzrə ixtisaslaşmış sazişin bağlanmasını təklif edib. Sənəd təcrübə mübadiləsini, eləcə də birgə işləmək və istehsal imkanlarını nəzərdə tutur. Ratifikasiya üçün sazişə Konstitusiya Məhkəməsində, daha sonra isə Parlamentdə baxılacaq.