KİV: Qriqoryan Ermənistanın Aİ-yə üzvlüklə bağlı kəskin addımlar atmasına qarşıdır

KİV: Qriqoryan Ermənistanın Aİ-yə üzvlüklə bağlı kəskin addımlar atmasına qarşıdır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı kəskin addımların atılmasını mənfi qiymətləndirib.

APA xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşrin sözlərinə görə, Ermənistanın Aİ-yə müraciəti ilə bağlı “Vətəndaş müqaviləsi” deputatlarının iştirakı ilə qapalı iclas keçirilib və müzakirə dünən ölkə parlamentində baş tutub.

Armen Qriqoryan qeyd edib ki, Qərb “Yuxarı Lars” keçid məntəqəsinin erməni logistika şirkətlərinə məxsus yük avtomobillərinin keçidi üçün bağlanması və xarici siyasətin diversifikasiyası nəticəsində Ermənistan üçün yarana biləcək ciddi təhlükəsizlik təhdidləri kimi problemləri həll etməyə hazır olduğunu bildirməyib.