Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

"Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır. Xüsusilə də, komandanın hazırki formasında. Həqiqətən çox çətin oyun oldu".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Azersun Arena"da "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis futbolçular əzmkarlıq göstərib, yaxşı mübarizə apardıqlarını bildirib: "Məğlub da ola bilərdik. Bizim üçün çox vacib xal qazandıq. Həmişə favorit komandalarla matçda qazanılan xal çempionatın sonunda çox dəyərli olur. Futbolçularımı təbrik edirəm".

Onun sözlərinə görə, son vaxtlar komandada inkişaf görünür: "Mövsüm davam etdikcə, futbolçular da yaxşı formaya çatırlar. Komandanın əzmkar oynaması bizim üçün çox vacibdir. Mənim üçün ilk növbədə döyüşkənlik, daha sonra digər keyfiyyətlər gəlir. Daha da inkişaf etməliyik. Amma çempionat çox gərgin keçir. Mütləq hər oyundan xal və ya xallarla ayrılmaq lazımdırr. Hələlik gedişat belədir. Qış fasiləsindən sonrakı turlar nə göstərəcək, bilmirəm. Avrokuboklara iddialı klublar nadir hallarda xal itirirlər. Ona görə də qazanılan hər xal çox dəyərlidir. Xüsusilə də "Qarabağ" kimi komanda ilə oyunda".

Sadıqov qış fasiləsində heyəti gücləndirmək istədiklərini söyləyib: "Amma özünüz də bilirsiniz ki, qışda transfer etmək həmişə çətindir. Görək, necə olacaq".

Futbol Futbol
Sabah “Yuventus”un 12 xalı silinə bilər

Sabah “Yuventus”un 12 xalı silinə bilər

Futbol Futbol
"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

Futbol Futbol
"Neftçi" Serbiya klubuna məğlub olub

"Neftçi" Serbiya klubuna məğlub olub

Futbol Futbol
"Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib

"Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib

Futbol Futbol
Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Futbol Futbol
Azərbaycan Kuboku: “Qarabağ”la “Qəbələ” məhsuldar heç-heçə edib

Azərbaycan Kuboku: “Qarabağ”la “Qəbələ” məhsuldar heç-heçə edib

Futbol Futbol
"Heydər Əliyev-100" Beynəlxalq Minifutbol Turniri: Fransa CAR-a 11 cavabsız qolla qalib gəlib

"Heydər Əliyev-100" Beynəlxalq Minifutbol Turniri: Fransa CAR-a 11 cavabsız qolla qalib gəlib

Futbol Futbol
Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli olub

Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli olub

Futbol Futbol
Avropa Liqasında ilk yarımfinalçı bəlli olub

Avropa Liqasında ilk yarımfinalçı bəlli olub

Futbol Futbol
"Bavariya"nın futbolçusu Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər

"Bavariya"nın futbolçusu Avstriya millisindəki debütünü Azərbaycanla oyunda gerçəkləşdirə bilər

Futbol Futbol
Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Futbol Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb