İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 16%-ə yaxn artıb

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 16%-ə yaxn artıb

2024-cü ilin yanvar-fevral ayları ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar 29,7 milyon manatdan çox təşkil etməklə ötən ilin eyni dövrü ilə müqayisədə 18,5% artıb.

Birxeber.Az-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,7% artaraq 22,8 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 15,5% artaraq 153,2 milyon manata yaxınlaşıb.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 13,9% artaraq 110,4 milyon manata bərabər olub.