Çin XİN başçısı: Qəzzada baş verənlər sivilizasiya üçün utancvericidir

Çin XİN başçısı: Qəzzada baş verənlər sivilizasiya üçün utancvericidir

Çinin xarici işlər naziri Vanq İ Qəzzada baş verənləri sivilizasiya üçün utancverici adlandırıb.

Birxeber.Az xəbər verir ki bu barədə Çin XİN rəhbəri Pekində parlamentin illik iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Qəzza zolağındakı müharibəyə toxunan çinli nazir "mülki əhalinin öldürülməsi üçün heç bir bəhanənin olmadığını" deyib.

"Bütün girovlar azad edilməlidir. Biz fələstinlilərin Birləşmiş Millətlər Təşkilatına tam üzvlüyünü dəstəkləyirik, geniş və səlahiyyətli sülh konfransına çağırış edirik. İsrail sülh danışıqlarını mümkün qədər tez bərpa etməlidir. Sülhü təşviq etmək və insanların həyatını xilas etmək üçün beynəlxalq təşkilatlarla işləməyə davam edəcəyik.

XXI əsrdə Qəzzada baş verən humanitar fəlakətin qarşısını almağın mümkün olmaması insanlıq faciəsidir, hətta daha artığı, sivilizasiya üçün utancvericidir", - nazir vurğulayıb.